Salyanda 57 yaşlı kişi bıçaqlanıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən məlumatına görə, rayon sakini, 1963-ci il təvəllüdlü Abuzər Kazımov həmyerlisi ilə aralarında yaranmış mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb. Yaralı dərhal Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda A.Kazımovu bıçaqlayan şəxsin kimliyi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.