Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Süleymanova Sədaqət Adığözəl qızı və onun övladı, 1997-ci il təvəllüdlü Nurşanova Nuranə Mirəziz qızını vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb. Araşdırma aparılır.
Mənbə:Oxu.Az