Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.
Hadisə Sabunçu dairəsi adlanan ərazidə qeydə alınıb.
1994-cü il təvəllüdlü Zəkiyeva Aysel Rizvan qızı və onun rəfiqəsi 1992-ci il təvəllüdlü Həsənova Ülviyyə Zülfəli qızı yolun əks tərəfinə keçmək istəyərkən onları minik avtomobili vurub. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: Oxu.Az