İranın Sistan-Bəlucistan bölgəsində törədilən terror aksiyası zamanı həlak olanların sayı artaraq 41 nəfərə çatıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, terrorçular İran İslam İnqilabının Keşikçiləri Korpusunun əsgərlərini daşıyan avtobusu partladıblar. Əsgərlərlə yanaşı, avtobusda bir neçə zabit də olub. Həş-Zahidan yolu ilə hərəkət edən avtobus terrorçu kamikadze tərəfindən partladılıb. Yayılan xəbərlərə görə terror aksiyasına görə məsuliyyəti “Ceyşul-Ədl” qruplaşması öz üzərinə götürüb.
Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları bildiriblər ki, avtobusda 20 nəfər əsgər olub və onların hamisi ölüb. Həlak olan 21 nəfər isə mülki əhalidir.