Rusiyanın Sverdlovsk vilayətində yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb. Sisternin üstündə olan 7 turistlə yanaşı hadisə baş verən zaman ərazidə olan insanlar da xəsarət alıb.
Xəsarət alan turistlərdən biri qadın, beşi kişidir.
Polisdən bildirilib ki, avtomobili idarə edən şəxs sərxoş vəziyyətdə olub.
Faktla bağlı cinayət işi açılıb.
05.13
Rusiyanın Sverdlovsk əyalətində yanacaq daşıyan maşının partlamağı nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.
TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya DİN-nin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeriy Qorelıx bildirib.
“Qəza Karpinsk-Kıtlım yolunda baş verib. İlkin məlumatlara əsasən, yanacaq daşıyan “Ural” avtomobilinin sürücüsü maşının çəninin üstünə yeddi nəfər turistin çıxmağına icazə verib. Hadisə nəticəsində onlardan üçü ölüb”, - deyə Qorelıx bildirib.