Avstraliyanın Cənubi Uels, Kvinslend, Viktoriya və Cənubi Avstraliya əyalətlərində 6 ay davam edən yanğınlar nəticəsində meşələrin 20%-nin məhv olduğu məlum olub.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, 33 insanın ölümünə səbəb olan yanğınların vurduğu zərər son 20 ilin rekord səviyyəsinə çatıb.
Xatırladaq ki, təkcə Cənubi Uels əyalətində 11 milyon hektar ərazinin yanması nəticəsində 3 min ev kül, 1.25 milyard heyvan isə tələf olub.