• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Deputatlar Novruz bayramını harada keçirirlər?

Tarix : 20-03-2018, 20:17 Oxunub : 496 Bölmə :gundem / siyaset / ust / manset
Deputatlar Novruz bayramını harada keçirirlər?




















Bu gün Azərbaycanda İlaxır çərşənbə və Novruz bayramı qeyd olunur.

Maraqlıdır, Milli Məclisin deputatları Novruz bayramını necə və harada qeyd edəcəklər?

ulusestv.az “Qafqazinfo”-ya istinad'n xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a deyib ki, Novruz bayramını paytaxtda keçirəcək:

“Novruz bayramını ailəmlə, doğmalarımla birgə Bakıda qeyd etməyi planlaşdırıram. Lakin tətil günlərində Ağsu, Şamaxı, İsmayıllıya yollanıb, orada yaşayan doğmalarımı ziyarət etmək istəyirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov da Novruz bayramını ailəsi ilə birlikdə keçirəcək:

“Novruz bayramını ailəmlə, doğmlarımla birlikdə qarşılayacam. Sizin vasitənizlə də hər bir Azərbaycan vətəndaşını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edirəm. Həmçinin bayram günlərində seçicilərimlə görüşlər təşkil edib, onların qayğılarını dinləyəcəm”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da bayramı ailə üzvləri ilə birgə qeyd edəcək deputatlardandır:

“Bayramla bağlı heç bir xüsusi planım yoxdur. Çünki uşaqlarımla, ailə üzvlərimlə, nəvələrimlə birgə olacam. Ola bilsin ki, Oğuz rayonunda valideynlərimi ziyarət edim. Yəni ancaq bu ola bilər. Başqa heç bir yerə getməyəcəyəm, Azərbaycanda olacağam”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bayramda Azərbaycanda olacağını söyləyib:

“Novruz bayramını Bakıda keçirəcəm. Amma ola bilsin ki, kimsə harasa dəvət etsin, bunu da öncədən bilmək olmaz. Amma hər il mən Novruz bayramını öz uşaqlarımla ailəmlə, nəvələrimlə birgə qeyd edirəm”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa da Novruz bayramını ailəsi ilə birlikdə qeyd edəcək:

“Mən hər il bayramları evimdə ailəmlə birlikdə qeyd edirəm. Ölkə ərazisindən kənara çıxmırıq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev Novruz bayramının ilk günlərini ailəsi ilə birlikdə keçirəcək:

“Daha sonra Zaqatalada deputat seçildiyim bölgədə seçicilərimizn əhatəsində Novruz şənliyinə qatılacam. Çoxdandır ki, görmədiyim qohumlarımı da evlərində ziyarət etmək istəyirəm. Həmçinin, bayram tətilinin bir gününü dostlarımla birlikdə keçirəcəm. Novruz bayramı ilə bağlı xüsusi bir proqramım yoxdur. Zaqatalada getdiyim kəndin adını da xüsusi olaraq sizə demək istəyirəm. Bu Əliabad kəndidir. Azərbaycan miqyasında ən gözəl Novruz şənliklərindən biri məhz həmin kənddə keçirilir. Hesab edirəm ki, əziz seçicilərimlə birlikdə bu bayramı keçirmək mənə qismət olar”.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Azərbaycanda Novruz bayramı qeyd olunur

    Azərbaycanda Novruz bayramı qeyd olunur ...

    20-03-2018, 19:59

  • İlham Əliyev bayram tonqalını yandırdı

    İlham Əliyev bayram tonqalını yandırdı ...

    19-03-2018, 16:16

  • İlham Əliyev və xanımı Novruz şənliyində

    İlham Əliyev və xanımı Novruz şənliyində ...

    19-03-2018, 10:51

  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

    İlham Əliyev Azərbaycan xalqını təbrik etdi ...

    17-03-2018, 10:45

  • Novruz bayramında yeddi gün iş olmayacaq

    Novruz bayramında yeddi gün iş olmayacaq ...

    12-03-2018, 10:51



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi - FOTO/VIDEO

  • Misir prezidenti İlham Əliyevə zəng vurub

    Misir prezidenti İlham Əliyevə zəng vurub

  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan nefti bahalaşdı

  • İsmayıllıda 67 yaşlı qadın intihar edib

    İsmayıllıda 67 yaşlı qadın intihar edib

  • Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

    Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

  • Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

    Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

  • Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

    Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

  • İsmayıllıda zəlzələ olub

    İsmayıllıda zəlzələ olub

  • Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

    Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

  • Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

    Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

  • Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

    Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

  • Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

  • QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

    QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

  • Oman səhrası gölə döndü

    Oman səhrası gölə döndü

  • Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

    Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

  • Tacikistanda yenidən zəlzələ baş verib

    Tacikistanda yenidən zəlzələ baş verib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!