Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola bir daha qısa nəzər salır. “Bu gün xalqımız tarixi ənənə və dövlətçilik mövqeyinin qorunmasında önəmli xidmətlərə sahiblənmiş Azərbaycan milli mətbuatının 147-ci ildönümünü qeyd edir. Böyük maarifçi Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu ilk anadilli qəzetimiz “Əkinçi”nin nəşrə başladığı 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin mətbuat və informasiya sahəsində siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mətbuatımız bu illər ərzində ölkəmizdə mövcud ictimai-siyasi, mədəni proseslər, demokratik inkişaf və vətəndaş cəmiyyəti quruculuğu, eləcə də milli həmrəyliyin möhkəmləndirilməsi, həmçinin mənəvi dəyərlərin qorunması və təbliğində mühüm rol oynayıb. Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət ölkəmizdə milli mətbuata və onun tarixinə ehtiramın dövlət siyasəti səviyyəsində olduğunun göstəricisidir. Mətbuatımız Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas hədəflərini əhatə edən, ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirən əhəmiyyətli layihələrin geniş ictimaiyyətə çatdırılması kimi mühüm missiyanın öhdəsindən layiqincə gəlir. Bu gün mətbuat münasibəti ilə Yeniləşən Dövlətə Dəstək İctimai Birliyində fəaliyyət göstərən mətbuat işçilərin, o cümlədən başda peşəkar jurnalist Soltanağa müəllim olmaqla bütün media işçilərini təbrik edirəm.