• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İyirmi uşağa məktəbdə yer tapılmadı: “Gələn il gəlsinlər” - ŞİKAYƏT

Tarix : 30-07-2022, 11:40 Oxunub : 90 Bölmə :gundem / manset
İyirmi uşağa məktəbdə yer tapılmadı: “Gələn il gəlsinlər” - ŞİKAYƏT+
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində rus bölməsi üzrə I sinfə qəbul olan şagirdlərə məktəbdə yer tapılmır.

Bu barədə Oxu.Az-ın redaksiyasına valideynlər müraciət ediblər.

Bildirilib ki, iyirmi uşaq rus sektoru üzrə təhsil almaq üçün imtahanlardan keçsə də, məktəbdə sinif yoxdur:

“Təhsil ocağında əlavə sinif açılmır. Məktəbdən deyirlər ki, uşağınızın təhsil alması üçün ya başqa ərazidəki məktəbə müraciət edin, ya da növbəti tədris ilində təhsil alsınlar. Biz Zabratda evimizin yaxınlığında məktəb ola-ola necə başqa əraziyə müraciət edək? Məktəbdən təhsil ocağında sinif olmadığı üçün uşaqlarımızın bir il dərsə gec başlamalarını təklif etmələri nə dərəcədə düzdür?”

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tədrisi digər dildə aparılan bölmələr üzrə 81 nömrəli tam orta məktəb üçün https://mektebeqebul.edu.az/ sistemində 2022-2023-cü tədris ili üzrə iki sinif açılıb:

“Həmin siniflərdən birində müəllim olmadığı üçün vakant kimi qeyd edilib. Sistemdə həmin siniflər üzrə dərs aparılacaq otaqların maksimum tutumuna uyğun olaraq şagird yerləri açılıb və hazırda həmin yerlər tutulub.

Eyni zamanda, məlumat üçün bildiririk ki, 81 nömrəli tam orta məktəbdə şagird sıxlığı səbəbindən sinif otaqlarında çatışmazlıq yarandığı üçün həmin məktəbdə modul tipli sinif otaqları təşkil edilib. Valideynlərə həmin ərazidə yerləşən digər ümumi təhsil məktəbinin Azərbaycan bölməsinə sorğu yerləşdirmək tövsiyə edilir”.

İlhamə Əbülfət
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • 269 nömrəli məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub - HƏYƏCAN TƏBİLİ

    269 nömrəli məktəbdə 10 müəllim, 20 şagird ...

    4-02-2022, 11:44

  • Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu

    Bakının 4 məktəbində ənənəvi dərslər bərpa olundu ...

    29-03-2021, 10:09

  • Bu gün məktəb seçiminə start verilir

    Bu gün məktəb seçiminə start verilir ...

    8-07-2020, 11:52

  • I sinif dərslikləri ilə bağlı yenilik

    I sinif dərslikləri ilə bağlı yenilik ...

    2-07-2020, 11:58

  • Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü

    Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü ...

    5-10-2018, 08:40



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi - FOTO/VIDEO

  • Misir prezidenti İlham Əliyevə zəng vurub

    Misir prezidenti İlham Əliyevə zəng vurub

  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan nefti bahalaşdı

  • İsmayıllıda 67 yaşlı qadın intihar edib

    İsmayıllıda 67 yaşlı qadın intihar edib

  • Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

    Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

  • Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

    Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

  • Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

    Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

  • İsmayıllıda zəlzələ olub

    İsmayıllıda zəlzələ olub

  • Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

    Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

  • Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

    Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

  • Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

    Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

  • Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

  • QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

    QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

  • Oman səhrası gölə döndü

    Oman səhrası gölə döndü

  • Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

    Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

  • Tacikistanda yenidən zəlzələ baş verib

    Tacikistanda yenidən zəlzələ baş verib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!