İdman gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Cavidan Babayev Qahirədə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.
Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, azərbaycanlı gimnast halqalar üzrə final çıxışına görə 4.300 xal toplayaraq gümüş medal qazanıb.
Qeyd edək ki, Qahirədə idman gimnastikası üzrə Dünya Kuboku 3-6 iyun keçirilir.