Portuqaliya millisinin və Fransanın “Lill” klubunun futbolçusu Renatu Sanşes bu gün menisk nahiyəsindən əməliyyat olunacaq.
Ulusestv.Az Oxu.Az-ya istinadən xəbər verir ki, bu barədə “Lill”in baş məşqçisi Joselan Qurvenek deyib:
“Renato Sanşes bir neçə gün dizində diskomfort hiss etdi. Bu həftə isə məşqlərə qayıtmışdı. Ancaq sonra o, çox güclü ağrı hiss etdi. Başqa heç nə deyə bilmərəm. Bizə bazar ertəsi əməliyyatın nəticəsini gözləmək qalır”.
Qeyd edək ki, “Bayern”in sabiq futbolçusu, ötən mövsüm Fransa çempionu olan Renato Sanşesin sentyabradək meydanda olmayacağı dəqiqdir. Həmçinin onun sentyabrda İrlandiya, Qətər və Azərbaycanla oyunları buraxacağı istisna olunmur.
Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq.