Bu gün millimiz 2022-ci ildə dünya çempionatında keçiriləcək seçmə mərhələdə növbəti oyununu keçirəcək.
Ulusestv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq.
Millimiz A qrupunun favoritini evdə qəbul edəcək. Əsas ulduz, komandanın kapitanı Kriştianu Ronaldu cəzalı olduğundan, qonaqlar Bakıya itki ilə gəlib. Millimiz isə kapitan Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.
Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
A qrupu
20:00 Azərbaycan - Portuqaliya
Baş hakim: Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu