Finlandiyanın süd məhsulları istehsalçısı “Valio” şirkəti Rusiyadakı biznesini “Velcom” şirkətlər qrupuna satacaq. Bu barədə Finlandiya şirkətinin mətbuat xidməti məlumat yayıb.
Sövdələşməyə kərə yağı və emal edilmiş pendirlərin istehsal olunduğu “Viola” brendi daxildir.
“Sövdələşmədən sonra “Velcom Group” Moskva vilayəti Yedintsovski rayonunun Yerşovo kəndindəki istehsal sahəsi də daxil olmaqla Rusiya biznesinin 100%-lik payını alır. Mülkiyyət strukturunda dəyişiklik edildikdən sonra bütün işçilər şirkətdə işləməyə davam edəcəklər. Tərəflər əməliyyatın şərtləri və dəyəri barədə açıqlama verməmək barədə razılığa gəliblər.
Mart ayında “Valio” Rusiyanın Ukraynadakı müharibə əməliyyatları fonunda Rusiya bazarından çıxdığını elan etmişdi.
Mənbə: Oxu.Az