“Brent” markalı neftin qiyməti sürətlə artır.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, artım 8,5 faiz təşkil edib.
Londonun ICE birjasında mart fyuçerslərinin qiyməti 55,1 (bir barel) dollara çatıb.
Qeyd edək ki, dekabrın 24-də neft qiymətləri qəflətən uzuclaşmışdı. “Brent” markalı neftin bir barelinin qiyməti 5,9 faiz düşərək 50,49 dollar təşkil etmişdi.