“Embawood” şirkəti vətənimizin bütövlüyü uğrunda gedən döyüşlər zamanı cəbhəyə dəstək göstərməyə davam edir.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanın ən böyük mebel şəbəkəsinə sahib olan “Embawood” şirkəti əsgərlərə və onların ailələrinə dəstək kampaniyasına start verib.
“Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Belə ki, ölkənin həmrəylik, birlik siyasətini hər zaman yüksək səviyyədə dəstəkləyən və aşılayan “Embawood” şirkəti də könüllülər və çağırışçılar sırasında olan 35 əməkdaşının ailələrinə birdəfəlik 500 manat vəsait və ərzaq yardımı edib. Bu yardım kampaniyası çərçivəsində cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edən əməkdaşların əmək haqları da hər ay ailələrinə ödəniləcək”,- deyə şirkətdən bildirilib.
Xatırladaq ki, “Embawood” şirkəti bundan əvvəl də Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 200 000 manat ianə edib.
“Əsgər, tək deyilsən!”