Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası olub.
“Report” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, prospektdə “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
Faktla bağlı araşdırmalara başlanılıb.