Çinin şərqində Şandun vilayətində kömür mədənində tavanın çökməsi nəticəsində 6 şaxtaçı dağıntılar altında qalıb.
Bu barədə Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir.
Hadisə çərşənbə günü Pekin vaxtı ilə saat 23:06-da (Bakı vaxtı ilə 19:06-da-red.) baş verib.
Xilasedicilər şaxtaçıları axtarır. Mədənin çökməsinin səbəbi aydınlaşdırılır, istintaq aparılır.