ABŞ-da təyyarə eniş zamanı uçuş-eniş zolağında olan adamı vurub.
REN TV-nin məlumatına görə, hadisə Texasın Ostin şəhərindəki hava limanında baş verib.
Bildirilir ki, pilot zolaqda maneə gördüyünü dispetçerə xəbər verib. Lakin hadisə yerinə gələn əməkdaşlar həmin şəxsin artıq öldüyünü müəyyənləşdiriblər.