Hər zaman düşünməliyikk :-Vətən bizim üçün hər şeydir! Biz Vətən üçün nə etmişik!? “Vətən anadır” - kəlməsini eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, bu torpağın övladıyıq və bu ölkənin vətəndaşıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa bağlıyıq, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmağı üçün əlindən gələni etməlidir. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər müqəddəs və təmizdir, ana qucağı tək əziz və doğmadır.
Həqiqətən, çox gözəl və dəyərlidir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən və qoruyan da xalqımızdır. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün onun Vətəni əvəz olunmaz bir məkandır. Vətən sevgisi ana sevgisi qədər doğma və əzizdir. Şərq ilə Qərb arasında qapı sayılan, Böyük İpək yolu keçən Azərbaycan zaman-zaman mənfur düşmənlərin təcavüzünə məruz qalıb. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun azadlığı və dövlətinin müstəqil olmasıdır. Müstəqilliyimizə gedən yol böyük mübarizələrdən keçmişdir. Onu qazanmaq və qoruyub saxlamaq yolunda şəhidlər vermişik. Qarabağ uğrunda şəhid olan Polad Haşımov kimi generallarımız, yüksək rütbəli bit və əsgərlərimizin ruhları qarşısında baş əyirik! Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşmuz şəhidlərin məzarı önündə hörmətlə dayanıb, sevinc göz yaşları içində: -“Ruhunuz şad olsun Vətən oğulları, Sizin qanınız yerdə qalmadı! Artıq yurdumuz yağılardan azad edildi!” ifadəsini fəxrlə deyə bilirik. Ali Baş komandan və hörmətli prezidentimiz İlham Əliyev cənablarının başçılığı sayəsində müzəffər ordumuz və Xalqımızın birliyi nəticəsində Qələbə qazandıq.
Qarabağın azad edilməsi Həyatımızı daha da gözəlləşdirir! Belə bir Vətənlə fəxr etməmək mümkün deyil! Ulu öndərimizin sözləri ilə desək, “ Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” Bu gözəl vətəndə yaşamaq, var olmaq Allahın bizlərə bəxş etdiyi əvəzsiz nemətdir. Belə bir vətəndə yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev "Dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər" bu ifadəsi Vətənimizi Dünyanın aparıcı olkələrində təmsil etməyimə stimul verib. Elimizin qürur yeri olan döğulduğum Ağdam şəhərinin mənfur düşmən tərəfindən işğal edildiyi 27 ildə müəllifi olduğum yeni Eranın elmi sayılan - “Alternativ Psixologiya” elminin metodologiyası əsasaında orijinal dəsti-xəttlə elmi naliyyətlərimizi ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdimatı İnsanların sağlamlığının qorunmasina xidmətmətlərimiz dəyərləndirilmiş və dünyanın aparıcı ölkələrinin ABŞ, İngiltərə, Türkiyə, Avropa, Rusiya, Ukrayna, Gürcüstanın, Böyük Britaniya Oksford Universitetinin fəxri akademiki adlarına və nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüşdür! Yer kürəsində həm nəzəri, həm də praktik nəticələri "Alternativ Psixologiya" elminin metodologiyası əsasında İnnovativ ixtiralar (qarmanizatorları, nanotexnoloji metodologiyası və s.) ilə hər bir fərdin, ətraf aləmin, həmcinin Təbiətdə harmoniyanın bərpasına köməklik göstərilmişdir.
Bu elmin metodologiyası əsasında tarixi şəxsiyyətlərin Dədə Qorqud, Tusu, Odinin, o cümlədən Nuh peyğımbərin faza portretlərini yarada bilmişəm. Dədə Qorqudun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqında informasiyanın dəqiqləşdirilməsi elmimizin xalqımıza töhfəsidir. Hər bir vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir.
Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik!?
Gözəl və dəyərli Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən və qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
Yaşar Saday oğlu İbadov
“Alternativ Psixologiya” elminin müəllifi,
Tibbi-biologiya elmləri doktoru, professor.