Odlar Yurdunun od nəfəsli, istiqanlı övladları, əziz həmvətənlərim, sözü daşdan keçərli ağsaqqallar, ağzı dualı ağbirçəklər, Şəhid anaları, Şəhid xanımları, çox böyük ziyalı ordumuz, dar gündə yumruqtək birləşməyi bacaran qeyrətli millətim, biz dünyanın ən bəxtəvər millətiyik. Ona görə ki, Azərbaycan adlı yurdun övladıyıq. Şanlı keçmişi, bu günü və gələcəyi olan Odlar yurdu Azərbaycan!
Vətənimiz Azərbaycan çox ağır sınaqlardan keçib. Yadellilər həmişə Vətənin yağlı tikəsinə əl uzadıblar. Mənfur düşmənimiz, üzdəniraq qonşumuz erməni və onun havadarlarının gözü torpaqlarımızda olub. Zavallı dediyimiz nankorlar bizə qənim kəsiliblər. Çapılıb-talanmışıq, od vermişik, közümüzə qızınıblar, amma odumuzla özümüzə od vurublar. Süfrəmiz başında yer verib, yerimizdən olmuşuq...Erməninin üzünə xoş baxdıqca ayağı yer alıb...Özünü ev yiyəsi sanıb. İrəvana, Göyçəyə, Zəngəzura, Qarabağa babasının yurdu kimi sahiblənib. Soydaşlarımız isti ev-eşiyindən didərgin düşüb. 30 ildir ki, xalqımız bu ağrı-acının içində həsrətlə yurduna dönəcəyi ümidi ilə yaşadı, Vətəndə vətənsizlik acısını yalnız onu yaşayanlar, bu ağrını qəlbində daşıyanlar bilər. 30 il Qarabağ deməkdən dillər qabar oldu, amma ümidimizi itirmədik. İnanırdıq ki, gec-tez torpaqlarımızı mənfur düşməndən geri alacağıq. Bəli, inanırdıq. Ona görə inanırdıq ki, İlham Əliyev kimi müdrik, uzaqgörən, səriştəli Prezidentimiz var. O, çağdaş Azərbaycanın qurucusu ulu öndərimiz Heydər Əiyev məktəbinin yetirməsidir. Onun uzaqgörən siyasətindən bəhrələnib. İlham Əliyev o şəxsiyyətdir ki, Azərbaycanı bütün dünyaya tanıtdı. Onun qətiyyətli addımı ilə müzəffər ordumuz bizə qələbə sevinci yaşatdı.
Bu gün qalib ölkənin vətəndaşı kimi hər birimiz başımızı dik tuturuq. Niyə? Çünki alnımızdakı qara ləkəni silmişik. Əzilsə də, düşmənə əyilməyən dağ vüqarlı Azərbaycan xalqının İlham Əliyev kimi qətiyyətli sərkərdəsi var--Azərbaycanın şanlı tarixini yazan sərkərdə! Biz onun ətrafında sıx birləşməliyik. Müharibədən çıxmış bir ölkənin vətəndaşı olduğumuzu unutmayaq. Şəxsi mənafeyimizi kənara qoyub, xalq mənafeyinə üstünlük verməliyik, yeniləşən dövlətə dəstək olmalıyıq. İşğaldan azad edilmiş Qarabağımızı abadlaşdırmaq, onun yeni strukturunu qurmaq üçün ölkə başçımız çox böyük səy göstərir, biz də dövlətimizə və onun Prezidentinə dəstək olmalıyıq. Azərbaycanın bütövləşməsi və çiçəklənməsi naminə bütün gücümüzü səfərbər etməliyik. Məhz bu səbəbdən 2010 -cu ildə əsası qoyulan İctimai Birliyinin fəaliyyət sahəsini genişlənməsinə öz töhfəmizi verməliyik. YDD İN birliyinin 31 avqust 2019-cu il tarixində dövlət qeydiyyatına alınması çox təqdirəlayiq bir haldır. Birliyin təsisçisi və sədri çox hörmətli Nəbi Qafarovdu. Birlik tək paytaxtda deyil, Respublikamızın bütün bölgələrində fəaliyyət göstərir. Birliyin 37 sektordan ibarət fəaliyyət sahəsi yaradılıb. Birlik özünün mötəbər məclisini təşkil edib. Məclisin tərkibi, əsasən, sağlam düşüncəli, saf niyyətli, qəlbi Vətən eşqi ilə döyünən, dövlətə, dövlətçiliyə sadiq ziyalılardan ibarətdi. Məclisə Respublikamızın tanınmış simalarından Novruz Qartal, Ziyadxan Nəbibəyli, Rəşid Mahmudov, Hüseyn Hüseynov, general Etibar Qasımov, Yusif Həsənov, Əsədulla Qurbanov, Nizami Məmmədov, Əvəzxan Xankişiyev, Şərbət Rzaquliyev, Fərman Borçalı, Qismət Qafarov, Rəfiqə Əsgərova, Əlikram Əliəkbərli, Aqil Cəmiloğlu, polkovnik Gülbahar xanım Məmmədova, şair-jurnalist Abil İslam, Tükəzban xanım Cahangirova, Günel xanım Hacıyeva Kamran Orucov, İlyas Naxçıvanlı, Zəfər Məmmədov, Almaz xanım, Əlizaman m. Ramin m, Bəxtiyar m.Yusif m. Vasif m. Mərdan m. Cavid m. Ağabala m. Şakir m. Atakişi m. Vaqif m. Əlimirzə m. Çingiz m.və başqaları bu birliyin təşkilat qruplarının yaranmasında fəallıq göstərmişlər.
YDD İB-nin əsas məqsədi Prezidentə dəstək olmaq üçün yerlərdə ictimai nəzarəti gücləndirmək, maarifləndirmə işləri aparmaq, Şəhid və qazi ailələrinin, aztəminatlı ailələrin problemləri ilə maraqlanmaq və digər bu kimi məsələlərin həlli sahəsində genişmiqyaslı iş aparmaqdı.
Cənab Prezidentimizin uğurlu siyasətini dəstəkləyənlərlə bərabər, gözügötürməyən antimilli, radikal qüvvələr də var. Bu birlik üzvləri məhz belələrinə qarşı mübarizə aparmaq üçün birləşiblər. Bu birlik barış, sülh, dostluq, insanlıq məktəbidir. Bu məktəbdən öyrənəcəyimiz və öyrədəcəyimiz çox şeylər var.
Onu da qeyd etməliyəm ki, birliyimizin facebook və watçap səhifələri də fəaliyyət göstərir.
Bu birlik bir daha sübut edir ki, xalq dövləti və onun Prezidentini dəstəkləyir. Eləcə də vitse-prezidentimiz birinci xanım Mehriban Əliyevanın dövlətə, dövlətçiliyə verdiyi töhfələr danılmazdır. Prezidentimizə və ailə üzvlərinə möhkəm can sağlığı arzu edirik. Onun ardıcıl və uzaqgörən siyasətini bəyənir və dəstəkləyirik. Prezidentimiz xalqın görən gözü, döyünən ürəyidir.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Qazilərimizə şəfa versin!
Yaşasın sarsılmayan birliyimiz!
RASAFİL BAYRAMOB
"İctimai Xəbər Agentliyi"nin (MMC)
AtaTV.az və İxaTV.az xəbər
portallarının rəhbəri.