16 iyul 2001-ci il dünyaya göz açan Cavidan 2 oktyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Allahın ona bəxş etdiyi ən uca zirvə olan şəhadət zirvəsinə ucaldı.
Torpqalarımızın azadlığı uğrunda şəhid olan Azərbaycan ordusunun bütün əsgər və zabit heyəti Azərbaycan xalqının qəlbində əbədi bir abidəyə çevrilərək hər an yaddaşlarda xatırlanaraq nəslindən-nəsilə keçən bu şanlı tarix heç zaman unudulmayacaq. 16 iyul bu zirvədən-şəhidlik zirvəsindən bizə nur içində baxan şəhid Cavidan Ağayevin ad günü idi. Bütün şəhidlərin adı, ad günü əlamətdar günləri bizim üçün sanki bir qibləgahdır, Cavidan da onlarda biri kimi. Şəhadətin mübarək Cavidan, şəhidliyin mübarək Cavidan. Bağışla bir az gecikdik. Amma, sənin ad gününə böyük ürəklə, böyük sevgi ilə, böyük vətənpərvərlik sevgisi ilə gəlmişdik. Şəhidimizlə görüşə gələrkən həqiqi mənada bir izdihamın bir təntənənin şahidi olduq. Şəhid görüşünə gələn insanlar içərisində Səbail rayonundan böyük ictimaiyyətçilər var idi. Bu ictimaiyyət əlbəttə ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Teyyub oğlu Zeynalovun vətəninə olan sevgisinin, dövlətinə olan qayğısının nəticəsidir ki, bu gün kütlə içərisində vətənpərvərlik ruhunun böyük təntənəsini göstərək hamı kimi, o da şəhidlərimizin ziyarətinə gəlmişdi. Bəli, bü gün məmur olaraq işini icra edən icra başçıların bir qismi nəinki şəhid və qazi ailələri ilə maraqlanır, bəziləri heç ünvanını belə tanımır. Lakin, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun orada olan bütün şəhid valideynlərinin içərisində onlarla elə davrandı ki, sanki illərdir bu insanları tanımış kimi idi. Şəhid mzəarı üzərində çıxış edərkən, dualar edib ürək sözləri söyləyərkən şəhid anaların gözündə bir məğrurluq gördük. Məlum oldu ki, şəhid valideynlərini ayrı-ayrılıqda tanıyan, onların hər birinin çətinliklərini həll edərək, həmdə qayğısını çəkən nümunəvi icra başçısıdır. Çünki, tədbirin sonunda şəhid ailələri icra başçısından heçnə nə xahiş, nə də tələb etmədilər. Bütün çətinliklərini dinləyib, onları ayrı-ayrılıqda qəbul edib və bu çətinlikləri həlli üçün göstərişini verən icra başçısı bu gün şəhid ailələrinin ona baxan baxışında sanki bir böyük sağolun, böyük təşəkkürün görüntüsünü gördük. Bəli, böyük işlər görüb qəlblər qırmaqdansa, kiçik işlər görüb könül sevindirmək gözəlmiş.
Bizdə Yeni İctimai Nəzarət Şurasının kollektivi ilə birlikdə bu tədbirdə iştirak edərkən bütün bunların canlı şahidi olduq. Eyni zamanda onu da vurğulayaq ki, Yeni İctimai Nəzarət Şurasının Səbail rayon Qərargahının sədri Mirzağa Ağayev şəhid Cavidan Ağayevin atasıdır. Şəhid atasına Allahdan səbr diləyirik.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı və başqa natiqlər çıxış edərək şəhid Cavidan Ağayevin və bütün şəhidlərimizin vətənə olan sevgisindən danışdılar, şəhidlərimizin ruhu qarşısında baş əyib böyük ehtiramlarını bildirdilər.
Yaşasın Azərbaycan, Qarabağ-Azərbaycandır!
Nail Amin Zaman
“Yeni İctimai Nəzarət Şurası”nın mətbuat katibi,
“XezerTV.info”nun icraçı direktoru,
“Qızıl Qələm” mükafatı laueratı