• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətidir

gundem / manset

2-02-2026, 13:47

Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətidir
Məşhur Məmmədov
Milli Məclisin deputatı

İllərdir ki, Azərbaycan gəncləri 2 fevral tarixini təqvimin sıradan günü kimi yox, onlar üçün xüsusi əhəmiyyət daşıyan gün olaraq qeyd edirlər. Bu əlamətdar tarix Azərbaycan gəncləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gəncliyə verilən dəyərin və göstərilən diqqətin rəmzidir.

Müstəqil Azərbaycanın inkişafında aparıcı qüvvəyə çevrilən gənclər bu gün cəmiyyətin bütün sahələrində fəallıqları ilə seçilirlər.

2 Fevral – Azərbaycan Gəncləri Günü müasir Azərbaycan dövlətçiliyində gəncliyə verilən dəyərin, gənclərə olan etimadın və gələcəyə yönəlmiş strateji baxışın rəmzidir. Bu əlamətdar gün təsadüfi olaraq deyil, Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilmiş və həmin vaxtdan etibarən Azərbaycan MDB və Şərqi Avropa məkanında gənclər gününü rəsmi şəkildə qeyd edən ilk ölkəyə çevrilmişdir.

Dövlət gənclər siyasəti onların bilik, bacarıq və potensialının reallaşdırılmasına geniş imkanlar yaradır. Sağlam düşüncəli, vətənpərvər və təşəbbüskar gənclik ölkənin sabahına inamla addımlayır.

Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı siyasəti sadəcə sosial tədbirlər toplusu deyil, dövlətin gələcəyini təmin edən fundamental strategiya idi. Dahi şəxsiyyətin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin ideoloji əsasını təşkil edirdi. Gənclərin həm fiziki, həm intellektual, həm də mənəvi baxımdan kamil yetişdirilməsi Ulu Öndərin dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsi olmuşdur.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider gənclərə qayğını dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ictimai-siyasi həyatda fəal iştirakına şərait yaradan normativ-hüquqi bazanın formalaşdırılması, Azərbaycan Gənclərinin Forumlarının keçirilməsi bu siyasətin real nəticələri idi.

Ulu Öndərin təşəbbüsü ilə istedadlı gənclərə dövlət qayğısının institusional mexanizmi yaradıldı. “Qızıl kitab”, Prezident təqaüdləri, xaricdə təhsil proqramları gənclərin intellektual potensialının üzə çıxarılmasına xidmət edirdi. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan gəncliyi qısa müddətdə ölkənin aparıcı sosial qüvvəsinə çevrildi.

Ulu öndər Heydər Əliyev üçün gənclik yalnız gələcək deyil, həm də bu gün idi. O, gənclər qarşısında tarixi vəzifə qoyaraq bildirirdi ki, hər bir Azərbaycan gənci müstəqil dövlətin bu günü və sabahı haqqında düşünməlidir. Bu çağırış bu gün də aktuallığını qoruyur.

Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir və daha da dərinləşdirilir. Dövlət başçısının gənclərlə bağlı siyasəti innovasiya, bilik, vətənpərvərlik və qlobal rəqabətə hazırlıq prinsipləri üzərində qurulub.

2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzləri gənclərin potensialının reallaşdırılması üçün yaradılmış mühüm platformalardır. Bu təşəbbüslər gənclərin yalnız sosial deyil, həm də idarəçilik və liderlik bacarıqlarının formalaşmasına xidmət edir.

Xüsusilə gənclərin xaricdə təhsili üzrə dövlət proqramları Azərbaycanın insan kapitalına verdiyi önəmin bariz göstəricisidir. “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası bu gün minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması ilə real nəticələr verir.

Azərbaycan gənclərindən danışarkən tarix yazan nəslin göstərdiyi şücaətləri xüsusi vurğulamaq istərdim. Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun, dövlətə sədaqətinin ən parlaq təzahürü oldu. Müstəqillik dövründə yetişmiş gənclər həm döyüş meydanında, həm də informasiya cəbhəsində tarixi qələbənin əsas təminatçısına çevrildilər. Bu, Heydər Əliyev siyasi məktəbinin və Prezident İlham Əliyevin məqsədyönlü gənclər siyasətinin məntiqi nəticəsi idi.

Bu gün Azərbaycan gəncliyi yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da fəal mövqeyə malikdir. Könüllülük hərəkatı, beynəlxalq forumlar, idman yarışları, mədəni layihələr Azərbaycan gənclərinin qlobal miqyasda tanınmasına və ölkəmizin nüfuzunun artmasına xidmət edir.

2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bayram deyil, dövlətin gələcəyə verdiyi mesajdır. Bu gün sübut edir ki, Azərbaycan gəncliyi güclü dövlətçilik ənənələrinə söykənən, müasir düşüncəli, vətənpərvər və rəqabətqabiliyyətli bir nəsildir. Ulu öndər Heydər Əliyev ideyaları və ölkə rəhbəri İlham Əliyevin strateji liderliyi ilə formalaşan bu gənclik Azərbaycanın sabahını etibarlı əllərdə saxlayır.


www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / manset

2-02-2023, 12:27

Bu gün Azərbaycan Gəncləri Günüdür

gundem

26-02-2023, 16:22

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

gundem / siyaset

12-12-2023, 11:39

Region gəncləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edib

siyaset / manset

2-02-2026, 11:10

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

gundem / sosial / manset / Təhsil

14-06-2025, 13:22

“Zeferyolu.az”-ın rəhbəri Jalə Ağakişiqızı “Son zəng” münasibəti ilə gəncləri təbrik etdi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:10
    "İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
  • Bu gün, 09:12
    Bakının bir sıra ərazilərində qaz kəsiləcək
  • Bu gün, 09:07
    Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
  • Bu gün, 09:03
    “Breaking Bad”in ulduzu intihar edibmiş
  • Bu gün, 08:59
    100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
  • Bu gün, 08:54
    Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
  • Bu gün, 08:49
    Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
  • Bu gün, 08:39
    Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib
  • Bu gün, 08:35
    Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu
  • Bu gün, 08:30
    Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
  • Bu gün, 08:27
    Yedikləriniz əhvalınıza təsir edirmiş
  • Dünən, 16:06
    “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
  • Dünən, 13:30
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • Dünən, 10:57
    AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
  • Dünən, 10:52
    Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar...
  • Dünən, 10:48
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • Dünən, 10:44
    Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
  • Dünən, 10:38
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • Dünən, 10:34
    Ulduz yox, meteor yağacaq
  • Dünən, 10:30
    Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq
  • Dünən, 10:18
    Oktay Kaynarca “Milyoner”dən ayrıldı
  • Dünən, 10:15
    104 yaşlı tısbağanı əməliyyat edəcəklər
  • Dünən, 10:11
    Tramp üçün 276 milyonundan keçdi
  • 12-10-2026, 20:40
    Milli dəyərlərə bağlılıq, dünyəvilik və ictimai həmrəylik - DEPUTAT
  • 12-10-2026, 14:33
    Əhəd balanın 4 yaşı tamam olur – ailənizin sevincinə sevinc qatılsın!
  • 12-10-2026, 11:38
    “Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib”
  • 12-10-2026, 11:30
    “Bu ailələr öz övladının gələcəyinə qara bir xətt çəkir”
  • 11-10-2026, 15:54
    Allahşükür Paşazadə niyə SUSUR?
  • 11-10-2026, 14:23
    “Bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsini pisləyirik”
  • 11-10-2026, 12:30
    Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
  • 11-10-2026, 12:04
    Naxçıvanda Gənclərin Süni İntellekt Forumu keçirilib
  • 11-10-2026, 11:59
    Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu
  • 11-10-2026, 11:53
    ABŞ-nin qırıcı təyyarəsi Omanda yük gəmisini vurdu
  • 11-10-2026, 11:10
    29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı
  • 10-10-2026, 11:50
    ZAHİD HƏBİBOĞLU — 55
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə