Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qaralar kəndi ərazisində qeydə alınıb.
“KamAZ” markalı yük avtomobili yolu keçən rayon sakini Namiq Hüseynovu vurub.
Ağır xəsarət alan yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
N. Hüseynov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, ölüb.
Faktla bağlı araşdırma aparılır
Oxu.Az