Azərbaycan cüdoçusu Rüstəm Orucov 16 - 18 aprel tarixlərində Portuqaliyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.
“Təqribən 20 gün öncə COVID-19 testim müsbət çıxdı. Bu səbəbdən Portuqaliyada keçiriləcək qarşıdakı Avropa çempionatında iştirak etməyəcəyəm”, - deyə idmançı paylaşımında yazıb.
30 yaşlı Orucov onu da əlavə edib ki, artıq koronavirusdan sağalıb və medal qazanmaq istədiyi dünya çempionatına hazırlaşır:
“Hər şey yaxşı olacaq. Növbəti yarışlarda sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".