Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ulusestv.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 12-də saat 23 radələrində Heydər Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Mürvət Aslanlı idarə etdiyi “Mercedes” markalı 10 EU 018 nömrəli maşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İlqar Həşim oğlu Muradovu vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.