ANAMA 40 yaşa qədər olan xanımları “Qadın minaaxtaran” vəzifəsinə işə qəbulunu elan edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı qurumun yaydığı məlumatda deyilir.
Bildirilib ki, ilkin mərhələdə Agentliyin blankı doldurulmalıdır.
Bundan başqa, sağlamlıq haqqında arayış, tərcümeyi-hal (əl yazması), şəxsiyyət vəsiqəsinin surəti (A4 vərəqdə alt-üst hər iki üzü), hərbi biletin surəti, əgər varsa (Yazılı olan səhifələr), diplomlar, attestasiya və ya sertifikatlar, səkkiz ədəd foto (dörd ədəd 3x4 və dörd ədəd 4x6), DİN-dən Məhkumluq haqqında arayış təqdim etmək tələb olunur.
Sənədləri Agentliyin blankı ilə birgə skan edilmiş variantda job.anama.gov@gmail.com ünvanına göndərmək lazımdır.
Əlaqə üçün telefon nömrəsi (012) 561 95 42-dir.