Bakı şəhərinin Binəqədi rayonunda ”Shacman” markalı yük ,”KİA” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.