Sumqayıt şəhərində köşkdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 5 m² olan köşkün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Bitişik bina yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Qafqazinfo"