Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş millət vəkili Burhan Kuzu koronavirusdan dünyasını dəyişib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbərinə görə, təxminən iki həftədir özəl xəstəxanada koronavirus xəstəliyindən müalicə alan siyasətçi 65 yaşında vəfat edib.
Qeyd edək ki, Burhan Kuzu 2002-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisində deputat kimi fəaliyyət göstərib.