Dünən Almaniyanın paytaxtında koronavirusla bağlı icazəsiz etiraz aksiyası keçirilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Berlində COVİD-19 əleyhinə məhdudiyyətlərə qarşı keçirilən etiraz aksiyası zamanı 500-dən çox etirazçı saxlanılıb.
Ümumilikdə isə aksiyada 5 minə yaxın etirazçının iştirak etdiyi qeyd olunur. Onlar şəhərin müxtəlif hissələrində toplaşaraq yolları bağlamağa cəhd ediblər. Bu isə öz növbəsində polislə qarşıdurmaya və etirazçıların saxlanmasına gətirib çıxarıb.
Koronavirusla bağlı təhlükəsizlik qaydalarının pozulması ehtimalı səbəbindən şəhər rəhbərliyinin aksiyaya razılıq vermədiyi bildirilir.