Aprelin 29-na Rusiyanın beynəlxalq ehtiyatları 593,1 milyard dollar təşkil edib. Bu barədə Rusiya Bankı məlumat verib. Aprelin 22-nə beynəlxalq ehtiyatlar 607,1 milyard dollar təşkil edirdi ki, bu da bir həftə ərzində 14 milyard dollar və ya 2,3% azaldığının göstəricisidir. Requlyatorun sözlərinə görə, ehtiyatlar əsasən mənfi yenidənqiymətləndirmə nəticəsində azalıb. Keçən həftə isə ehtiyatlarda 4 milyard dollar azalma müşahidə olunub. Beynəlxalq ehtiyatlar Rusiya Bankı və Rusiya Federasiyası hökumətinin sərəncamında olan yüksək likvidli maliyyə aktivləridir. Onlar xarici valyuta aktivlərindən, monetar qızıldan, xüsusi borc almaq hüququndan (SDR-lər, xüsusi borc almaq hüququ, Beynəlxalq Valyuta Fondu tərəfindən istifadə edilən hesab vahidi, BVF), BVF-də ehtiyat mövqeyindən və digər ehtiyat aktivlərindən ibarətdir. Mənbə: Oxu.Az