ABŞ prezidenti Donald Tramp Parisdə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən imtina edib.
Bununla belə o, Putinlə Argentinada G-20 sammiti çərçivəsində görüşə biləcəyini istisna etməyib.
“Əmin deyiləm ki, biz Parisdə görüşəcəyik. Güman ki, yox”, - deyə Tramp bildirib.
Qeyd edək ki, bir müddət öncə ABŞ və Rusiya prezidentlərinin Parisdə noyabrın 11-də görüşəcəyi barədə məlumatlar yayılmışdı.