Serbiya hökuməti Kosovo ilə bağlı yaranmış durumla əlaqədar cavab addımlar atmayacaq.
Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Qeyd edək ki, Kosovo hakimiyyəti Serbiya mallarına 100 faizlik rüsum tətbiq edib. Bu isə Belqradda ciddi narazılıq doğurub.
“Qərara gəldik ki, Priştinaya analoji addımlarla cavab verməyək. Çünki biz məsuliyyətli və ciddi tərəfdaş olmaq istəyirik”, - deyə Vuçiç vurğulayıb.
Serbiya prezidenti bildirib ki, Kosovodan olan yük maşınları və sərnişin avtobuslarının ölkə ərazisindən tranzitinə qadağa qoyulmayacaq.