İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından daha 4 nəfər xilas edilib. Yaralılar xəstəxanalara yerləşdirilib, birinin vəziyyəti ağırdır.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Qeyd edək ki, İstanbulda səkkizmərtəbəli bina çöküb. Binanın 7 mərtəbəsində olan 14 mənzildə 43 nəfər qeydiyyatda olub.
Faciə yerində axtarış-xilasetmə işlərinə İstanbul, Sakarya və Bursadan olan xilasedicilər, tibb işçiləri və çoxlu sayda texnika cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.