Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev “Nova TV”yə müsahibəsində Balkanlarda nüvə silahının yerləşdirilməsinin heç bir məna daşımadığını və buna ehtiyacın olmadığını bildirib.
Sabiq dövlət başçısı qeyd edib ki, Balkanları hər zaman birləşdirən meyarlar sülhün olması, iqtisadi və demokratik inkişafdır və bu meyarlara çatmaq üçün raketlərdən istifadə etmək lazım deyil.
R.Plevneliyev bildirib ki, NATO-ya üzvlük sülhün bərqərar olmasına dəstəkdir, amma raketlər başqa meyarlara cavab verir.
Qeyd edək ki, Balkanlarda nüvə silahının yerləşməsi barədə Bolqarıstanın sabiq xarici işlər naziri Solomon Pasi çağırış edib.
AZƏRTAC