Barıt-qan qoxulu o gecə çoxları kimi, mən də qan yaddaşının azadlıq təşnəli təlqini ilə Bakının soyuq ruzigarında, əliyalın halda güllə - boranın içindəydim...
Qara Yanvar - qətlə qərar;
Müdhiş Gecə axdı qanlar.
Torpağının yarasına
Şəhid qanı məlhəm olar!
Qəltan etdi qədim yurdu
Qızıl qana “Qızııl Ordu”.
Qatlamadı qamətini
Azərbaycan! Mətin durdu!
Qanlı Yanvar - qan yaddaşı,
Xeyirlə şər qarşı-qarşı.
Bakı oldu güllə-boran,
Qan ağladı torpaq-daşı...
Qara Yanvar - zülmün rəngi,
Qan qoxuyan top-tüfəngi...
Əliyalın bir millətin
Hürr yolunda məslək cəngi!..
Tapdıq Əlibəyli