Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisində demişdir: "Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir". O, 30 il sonra bu torpaqların təkrar öz sahiblərinə qovuşduğunu bildirib: "Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub".Rəcəb Tayyib Ərdoğan Türkiyənin bundan sonra da Azərbaycana dəstək göstərəcəyini, "Bütün dünya bilsin ki, Azərbaycanın yanındayıq, bundan sonra da yanında yer alacağıq", - deyə bəyan edib: "Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq. Necə ki Balkan hərbi sırasında Azərbaycan milli marşının yazarı Əhməd Cavad bərabərindəki Azərbaycan gənclərlə Osmanlı ordusunda savaşıb, necə ki Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun gəncləri birlikdə mücadilə edib, birlikdə irəliləyib şəhadətə qovuşub, necə ki Qafqaz İslam ordusunun aslanları Nuri Paşa ilə azəri qardaşlarımızın yardımına tələsiblər, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq".R.T.Ərdoğan Türkiyənin Qarabağın bərpasında iştirak edəcəyini söyləyib: "Bərabər, inşallah, buraları inşa edəcəyik, yeni bir Qarabağ meydana gətirəcəyik". "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryol ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz"-"Zəngəzur dəhlizi"ndən söz açan cənab Ərdoğan deyib ki, dəhlizin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil. Türkiyənin dövlət başçısı qeyd edib ki, Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasını istəyirlər: "Belə bir platformasının yaradılmasında məqsəd bölgədə sabitlik yaratmaq, düşmənlikləri ortadan qaldırmaqdır. Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin bu addımı ataq. Dedim ki, bizim Ermənistanla aramızda olan problemləri bilirsiniz. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın problemlərinin aradan qalxmasını istəyirik. Eyni şəkildə sizin də Rusiya ilə problemlərinizi həll etməyiniz üçün bu platforma yardımçı olacaq. Dedi: "Çalışaq", "Yaxşı olar", -dedim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu bacarmağımız lazımdır". Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşılaması, onların Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada görüşməsi, Türkiyə Azərbaycan arasında birgə Müttəfiqlik Bəyannaməsini imzalanması, misli bərabəri olmayan olduqca böyük tarixi hadisədir. Bu tarixi hadisəni istər milli tarixi köklərimiz, istər iqtisadi, mədəni, istər diplomatiq, istər informasiya, istər siyasi və istərsə də geosiyasi müstəvidə baxıb təhlil etsək, olduqca böyük əhəmiyyətə malik olan bir tarixi hadisə olduğunu görərik. Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin strateji maraqlarını qorunmasına və geosiyasi mövqeylərinin möhkəmlənməsinə daim xidmət edəcək olduqca önəmli bir sənətdir. Müttəfiqlik Bəyannaməsi Azərbaycanın regionda və beynəlxalq aləmdə gerosiyasi nüfuzunu qat qat artıracaq. Bu bəyannamədə Türkiyə- Azərbaycan güc strukturlarının birlikdə fəaliyyətini və daim inkişafını nəzərdə tutur. Bəyannamədə olduqca önəmli olan bir fəaliyyət istiqaməti də göstərilir. Ermənilərin tarixi hadisələri saxtalaşdraraq siyasiləşməsinin qarşısını almaq üçün, 1915 ci il hadisələrinə aid arxiv sənədləri açaraq tarixçilərin müzakirəsinə verməklə tarixi gerçəkləri dünyaya bəyan etməyi məqsəd kimi qarşıya qoyur. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə böyük geosiyasi oyunçuların əlindən erməni alətini almaq və "erməni məsələsinə" son qoymağı hədəfləyir. Bu Türkiyəyə qarşı böyük geosiyasi güclərin 100 illik erməni məsələsi ilə təzyiq etməsinə son qoymaq deməkdir. Bu ,Azərbaycanın zamanla tarixi torpaqlarına da qayıdışı üçün normal şəraitin yaradılması deməkdir.
Tofiq Əsgərov - Masallı RTŞ-nin əməkdaşı