" Əgər varsa zərrə qədər imkanımız
İmanımız Vətən! - desin.
Hər yaxşımız, yamanımız Vətən! - desin.
Qoca millət, bu gün gərək hər anımız Vətən! - desin.
Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarını fəda edən vətən oğullarımızın ömür yolu gənclərimizə örnəkdir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından qanından keçmək ən böyük şərəf qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə , xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı hər zaman ölüm - dirim mübarizəsinə qalxdı.
Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu büyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bilərdim.
Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbində və düşüncəsinə hakim kəsilib .
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, vətən sənsən, Vətən bizik... Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
Belə qürurlu, qəlbində vətən sevgisi daşıyan igidimiz, müzəffər sərkərdəmiz Ağayev Rövşəndir.
Ağayev Rövşən İslam oğlu 1976 - cı ildə Naxçıvanın Şərur rayonun Yengicə kəndində anadan olub.
1993 - 1997 - ci ilə kimi Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşdüyü bölgə Fizuli rayonun Mənginəta bölgəsindən Mildüzünə qədər
olan ərazilər olmuşdur. Qarğabazarı, Yağıvəndgölü, Kəndhoradiz, Stansiyahoradiz, Şükürbəyli boyunca döyüşmüşdür. Və gərgin döyüşlər zamanı kantuzya olaraq müalicələr almışdır. Amma vətənpərvərlik duyğusu ona rahatlıq vermirdi. Yenidən Vətənin ağır günündə döyüşlərə qayıdır. 4 il ağır döyüşlərdə iştirak etmişdir. Düşməndən ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarının və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanmasında fəxarətlə ön cəbhədə fərqlənmişdir.
Ağır gedən döyüşlər zamanı döyüş yoldaşları ilə birgə erməni mənfurlarının mühasirəsinə düşürlər. 20 gün gecələr piyada gedərək mühasirədən çıxmağa çalışmışlar.
4 il müddətində doqquz bölgələrdə gedən ağır döyüşlərdə iştirak etmişdir.
Axırıncı döyüşdüyü yer 1997 - ci ildə Qazağın Balacəfərli kəndi olub.
Biz fəxr edirik ki, Vətənimizin bu cür qəhrəman - igid evladları var.
Var olsun Azərbaycan anaları , düşmən qarşısında dim - dik duran mərd oğullar yetişdirib.
Torpaqlarımızın bütövlüyü uğrunda dünyasını dəyişmiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik! Və sağlamlığını Vətən yolunda qoyan qazilərimizə də möhkəm can sağlığı arzu edirik!
A.Ağayeva