“Xezertv.info” informasiya agentliyinə daxil olan şikayət ərizəsinə əsasən Mingəçevir şəhər sakini, əvvəllər polis orqanlarında çalışmış Elbrus Əmiraslanov qisas məqsədi ilə həmyerlisi və qohumu olan Sevda xanımın oğlu Rüstəm Məmmədovun qəbri üzərində zorakılıq edərək qəbirin üstünə çıxaraq orda gül səbətini və məzarın sinə daşının üstündə olan mərmər gülqabıları təpikləyərək kənara atıb sındıraraq qəsdən qəbir üzərində təhqiredici hərəkətlər etmişdir.
Daha sonra Mingəçevir Şəhər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmü ilə Elbrus Əmiraslanov həmin maddə ilə təqsirli bilinərək hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cinayət cəzasına məhkum edilmişdir. O, Mingəçevir Şəhər Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi 06 sentyabr 2022-ci il tarixdə Elbrus Əmiraslanovun apellyasiya şikayətinə baxaraq apellyasiya şikayəti əsassız olduğuna görə təmin etməmiş, Mingəçevir Şəhər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış və hökm qanuni qüvvəyə minmişdir.
Qeyd edək ki, qəbir üzərində təhqiredici hərəkətlər etmək ictimai mənəviyyat əleyhinə olan cinayətdir, milli mentalitetimizə, adət-ənənələrimizə, mənəvi dəyərlərimizə qarşı yönələn, cəmiyyət üçün təhlükəli olan bir hərəkətdir.
Xüsusi ilə qeyd etmək istəyirik ki, mərhum Rüstəm Məmmədov ailənin yeganə övladı idi.