• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“İlin könüllüsü-2017” mükafatına ərizə qəbulu başlayıb

Tarix : 6-12-2017, 08:45 Oxunub : 641 Bölmə :gundem / dunya / maraqli / ust
“İlin könüllüsü-2017” mükafatına ərizə qəbulu başlayıb
Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “İlin Könüllüsü-2017” mükafatı üçün ərizələrin qəbuluna start verilib.

Şuradan bildiriblər ki, mükafatın verilməsində məqsəd ölkədə könüllü gənclər arasında fəal, təcrübəli, işgüzar, bacarıqlı və fərqlənən gənclərin seçilməsi, mükafatlandırılması, bu yolla gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına imkan yaratmaqdır.

“İlin Könüllüsü-2017” müsabiqəsində hər nominasiya üzrə I yerə layiq görülmüş şəxslər min manat məbləğində pul mükafatı, diplom və “İlin Könüllüsü” döş nişanı ilə təltif olunacaq. Sonuncu mərhələyə keçən və digər yerlərə layiq görülən gənclərə diplom və hədiyyələr təqdim ediləcək.

“İlin Könüllüsü-2017” mükafatı 5 nominasiya üzrə fərqlənmiş gənclərə təqdim olunacaq. Bunlar “Dövlət qurumlarında könüllülük”, “Genişmiqyaslı tədbirlərdə könüllülük”, “Qeyri-hökumət təşkilatlarında könüllülük”, “Ekoloji könüllülük” və “Sosial könüllülük”dür.

Mükafata namizədliyini irəli sürmək və layihə haqqında ətraflı məlumat almaq istəyən gənclər www.ilinkonullusu.az elektron portalına daxil ola bilərlər.

Müraciət etmək istəyən gənc könüllülərdən xüsusi ərizə formasını doldurmaq və “Nəyə görə mən İlin Könüllüsü olmalıyam?” sualını iki dəqiqəlik video çəkərək cavablandırması tələb olunur. İlkin mərhələdən uğurla keçən gənclər ekspertlərin iştirakı ilə təşkil olunacaq müsahibə mərhələsinə dəvət alacaqlar.

Gənclər 2018-ci il yanvarın 5-dək müraciət edə bilərlər.

Ərizə qəbulunun məhz bu gün elan olunması təsadüfi deyil. Belə ki, 1985-ci ildən 5 dekabr - Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

“İlin Könüllüsü-2017” “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində həyata keçirilir. “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük hərəkatının inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərini könüllülük fəaliyyətinə cəlb etmək, bölgələrdəki Gənclər evlərində könüllülərin fəaliyyətlərini genişləndirməkdir.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub

    Prezident İlham Əliyev Xəzər rayonunun Zirə ...

    6-12-2017, 08:27

  • Bu körpüdə yalnız bir avtomobil hərəkət edə bilər

    Bu körpüdə yalnız bir avtomobil hərəkət edə bilər ...

    5-12-2017, 08:59

  • Azərbaycan teatrı haqqında yanlış bildiyimiz 4 FAKT

    Azərbaycan teatrı haqqında yanlış bildiyimiz 4 ...

    5-12-2017, 08:57

  • Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası ilə bağlı Türkiyənin təcrübəsini öyrənir

    Azərbaycan nümayəndə heyəti torpaqların ...

    5-12-2017, 08:47

  • "Unibank Kommersiya Bankı" BFB-nin "Listinq ...

    5-12-2017, 08:45



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

  • Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

    Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

  • Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

    Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

  • Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

    Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb

  • İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

    İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

  • Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

    Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

  • Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

  • Kahramanmaraşda zəlzələlər səngimir

    Kahramanmaraşda zəlzələlər səngimir

    © Copyright 2019, Bütün hüquqlar qorunur!