Türkiyənin Gaziantep şəhərində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində 5-i azyaşlı olmaqla 6 nəfər yaralanıb. Atəş açan şəxsin ictimai təhlükəli olduğu bildirilir.
ULUSƏS AZƏRTAC-a istinadla xəbər verir ki, vətəndaşlara həyati təhlükə yaradan şəxsin 6 ayrı cinayət üzrə axtarışda olduğu bildirilir. Polis cinayətkarı yaxalamaq üçün əlavə tədbirlər görməkdədir.