• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Xalq artisti Çingiz Sadıxov vəfat etdi

Tarix : 31-12-2017, 12:31 Oxunub : 607 Bölmə :gundem / ust / manset
Xalq artisti Çingiz Sadıxov vəfat etdi





















Dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib.

ULUSƏS-ın xəbərinə görə, bu barədə AZƏRTAC saytı məlumat yayıb.

Maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 16 saylı Bakı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, mədəniyyət və turizm nazirinin məsləhətçisi, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb.

Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Prezident İlham Əliyev Xalq Artisti Fərhad Bədəlbəyliyə “İstiqlal” ordeni təqdim edib

    Prezident İlham Əliyev Xalq Artisti Fərhad ...

    25-12-2017, 17:47

  • Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür

    Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür ...

    24-12-2017, 11:06

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib, öz şeirlərini səsləndirib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    16-12-2017, 11:23

  • Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib

    Azərbaycan elminin və idmanının inkişafında böyük ...

    7-12-2017, 09:25

  • Daşkənddə Müslüm Maqomayevin 75 illiyi ilə bağlı konsert təşkil edilib

    Daşkənddə Müslüm Maqomayevin 75 illiyi ilə bağlı ...

    6-12-2017, 08:43



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    Bu gün Azərbaycan Gəncləri Günüdür

  • Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

    Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

  • Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

    Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

  • Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

    Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

  • Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

    Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

  • İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

    İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

  • Azərbaycanda kredit faizləri yenidən artacaq?

    Azərbaycanda kredit faizləri yenidən artacaq?

  • BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

    Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

  • YAŞADAN YAŞAYIR...

    YAŞADAN YAŞAYIR...

  • “HEYDƏR ƏLİYEV İLİ-100”

    “HEYDƏR ƏLİYEV İLİ-100”

  • Vətən üçün yaşanan ömür -Tural Hüseynov

    Vətən üçün yaşanan ömür -Tural Hüseynov

  • Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

    Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

  • Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

    Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

  • Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    © Copyright 2019, Bütün hüquqlar qorunur!