Dekabrın 30-da Masallı şəhərinin mərkəzi meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib.
ULUSƏS AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bayramsayağı bəzədilmiş meydanda keçirilən mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ictimaiyyət nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri, tələbələr və məktəblilər iştirak ediblər.
Meydana daxil olan Şaxta baba və Qar qız rayon sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik ediblər.
Şənliyin aparıcıları Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsisçisi və yaradıcısı ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına olan diqqətindən və bu həmrəyliyi gündən-günə möhkəmləndirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurlu nəticələrindən, ötən il rayonun əldə etdiyi nailiyyətlərdən danışıblar.
Mərasim rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib