• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Leyla Əliyeva hindistanlı mistikin kitab təqdimatında

Tarix : 10-11-2018, 10:58 Oxunub : 405 Bölmə :gundem / siyaset / medeniyyet / ust / manset
Leyla Əliyeva hindistanlı mistikin kitab təqdimatında

















Noyabrın 9-da Bakı Kitab Mərkəzində məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüş və onun “Mənəvi quruculuq” kitabının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Təqdimat mərasimi Sadhqurunun insanın mənəvi quruculuğuna dair məzmunlu fikirləri ilə yadda qalıb. Hindistanlı yoqin və mistikin fikrincə, dünyada sülh, sevinc içində yaşamaq üçün insanlar çox ciddi çağırışlar edir və sadə olanı tez-tez mürəkkəbləşdirirlər: “Uşaqların bilikləri daha az olsa da, onlar həyatdan zövq ala bilirlər. Bu isə o deməkdir ki, böyüklər öz bilikləri və dünyagörüşləri ilə sevinc üçün daha çox səbəb tapa bilər və həyatdan daha asanlıqla, uşaqlardan ikiqat, üçqat çox zövq ala bilərlər”. Onun sözlərinə görə, insanların keçirdikləri iztirabın iki səbəbi var: yaddaş və sərhədsiz təxəyyül. Yoqin və mistik hesab edir ki, insan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.

Sadhquru daha sonra auditoriyanın suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycana ilk dəfə gələn Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə də “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusuna həsr olunub.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub.

Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Leyla Əliyevanın kitablarının təqdimatı keçirildi - FOTO

    Leyla Əliyevanın kitablarının təqdimatı keçirildi ...

    30-09-2018, 11:35

  • Leyla və Arzu Əliyevalar “Bahariyyə” layihəsinin təqdimatında - FOTO

    Leyla və Arzu Əliyevalar “Bahariyyə” layihəsinin ...

    30-09-2018, 11:17

  • Leyla Əliyeva Bakıda festivalda - Fotolar

    Leyla Əliyeva Bakıda festivalda - Fotolar ...

    2-06-2018, 10:02

  • Leyla Əliyeva federasiya prezidenti seçildi

    Leyla Əliyeva federasiya prezidenti seçildi ...

    31-12-2017, 11:55

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib, öz şeirlərini səsləndirib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    16-12-2017, 11:23



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

  • Bu gün Azərbaycan Gəncləri Günüdür

    Bu gün Azərbaycan Gəncləri Günüdür

  • Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

    Ötən il ən çox ixrac etdiyimiz məhsulun adı açıqlandı

  • Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

    Bakıda kütləvi təqaüdə qeydiyyat başlandı

  • Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

    Azərbaycan səfiri etimadnaməsini Əlcəzair Prezidentinə təqdim edib

  • Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

    Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı

  • İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

    İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

  • Azərbaycanda kredit faizləri yenidən artacaq?

    Azərbaycanda kredit faizləri yenidən artacaq?

  • BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

    Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər? - “Biz şəxsin günahsız olub-olmadığına baxmırıq”

  • YAŞADAN YAŞAYIR...

    YAŞADAN YAŞAYIR...

  • “HEYDƏR ƏLİYEV İLİ-100”

    “HEYDƏR ƏLİYEV İLİ-100”

  • Vətən üçün yaşanan ömür -Tural Hüseynov

    Vətən üçün yaşanan ömür -Tural Hüseynov

  • Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

    Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi

  • Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

    Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”

  • Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    Nazir müavini: “Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”

    © Copyright 2019, Bütün hüquqlar qorunur!