• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Üç vergi müfəttişi barədə həbs qətimkan seçildi

Tarix : 19-01-2019, 10:58 Oxunub : 717 Bölmə :gundem / kriminal / ust / manset
Üç vergi müfəttişi barədə həbs qətimkan seçildi

















Rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyinin vəzifəli şəxsləri barədə həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı açıqlamada qeyd olunur ki, nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1.000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmiş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar. Araşdırmalarla müəyyən edilmiş hallar barədə toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan əlavə, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib. A.Məmmədovun qeyd edilən məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qaybalıyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1 və 313-cü (vəzifə saxtakarlığı), A.Məmmədova isə həmin Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı

    Vergilər Nazirliyi və SOCAR birgə məlumat yaydı ...

    11-01-2019, 08:56

  • Vergi ödəyicilərinə - YENİ GÜZƏŞT

    Vergi ödəyicilərinə - YENİ GÜZƏŞT ...

    20-12-2018, 08:35

  • Vergilər Nazirliyindən sahibkarlara son xəbərdarlıq

    Vergilər Nazirliyindən sahibkarlara son ...

    20-02-2018, 08:40

  • Mikayıl Cabbarov 3 nəfəri işdən qovdu - Rüşvət alarkən tutulublar+ Yenilənib

    Mikayıl Cabbarov 3 nəfəri işdən qovdu - Rüşvət ...

    16-02-2018, 08:48

  • Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq

    Azərbaycanda vergi yoxlamalarının sayı azaldılacaq ...

    14-02-2018, 09:37



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

  • Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

    Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

  • Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

    Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

  • Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

    Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb

  • İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

    İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

  • Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

    Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

  • Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

  • Kahramanmaraşda zəlzələlər səngimir

    Kahramanmaraşda zəlzələlər səngimir

    © Copyright 2019, Bütün hüquqlar qorunur!