Neftçalada kişi meyiti tapılıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında Neftçala şəhərində yerləşən şadlıq saraylarından birinin yaxınlığında aşkar edilib.
Meyiti tapılan şəxs Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğludur.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.