Bakıda 84 yaşlı qadın itkin düşüb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, rayonun Nərimanov küçəsi, ev 39 ünvanında yaşayan 1935-ci il təvəllüdlü Yusubova Zilfi Yolçu qızı səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə aidiyyəti orqanlara onun qızı, 1971-ci il təvəllüdlü İsmayılova Arzu Həmid qızı ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az