19.09.2019-cu il tarixdə “President.az” saytında belə bir başlığa rast gəldim “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” . Belə bir sərlövhəli yazı diqqətimi cəlb etdi. Çünki, jurnalistikada fəaliyyət göstərdiyimə baxmayaraq Azərbaycan Dövlət Neft Akademiyasının bitirdiyimə görə həmişə neft sənayesində və neft sektorunda işləyən vətəndaşlarımıza diqqətim olmuşdur. Bəli, möhtərəm Prezidentimizin sərəncamını oxuduquqda mənə çox yaxın və doğma olan bir soyadı gördüm. Bu soyadı görəndə sevinc-fərəh hissimi heç cür saxlaya bilmədim. Bu mənim bir qrupda oxuduğum dostum Bağırov Natiq Orucqulu oğlu idi.
Bağırov Natiq tələbəçilik dövründə də həmişə özünün qeyri-adi davranışı, biliyi və savadı ilə hamıdan seçilirdi. Natiq müəllim illərdir ki, neft sektorunda əməyi və bacarığı ilə də, kollektiv içərisində nüfuzlu , rəhbərlik qarşısında yüksək etimada layiq bir insandır. Natiq müəllim haqqında yazdıqca yazmaq olur. Natiq müəllim xeyirxah, alicənab, vətənpəvər, dövlətimizə və dövlətçiliyimizə xidmət edən şəxslərdəndir, o özünün biliyi və zəhməti ilə neft sektorunda tövhələrini verə bilmişdir. Mən inanıram ki, bundan sonra da Natiq müəllim Azərbaycan iqtisadiyyatında və neft sənayesində özünün gücü və səriştəsi ilə vətənimizə daha da xeyirli işlər görəcəkdir. Çünki yaxşı insanlar öz xeyirxah əməlləri ilə yadda qalır.
Bizdə “KİV” nümayəndəsi olaraq əziz dostum Bağırov Natiq Orucqulu oğlunu səmimi qəlbdən təbrik edirik, işlərində uğur və zəfər qazanmağı, ən əsası da uzun ömür, can-sağlığı arzulayırıq.
Fərid Faiqoğlu (Səfərov)
Baş redaktorun 1-ci müavini