Onlar Böyük Vətən müharibəsinin iştirakçısı, 94 yaşlı veteran Hüseynov Cənnət Əli oğlunu evində ziyarət ediblər. Veteran Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyiinin Fəxri Fərmanı ilə təltif olunub. Çay süfrəsi arxasında səmimi veteranlar söhbət ediblər.
Hüseynov Cənnət Əli oğlu 1925-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Yeni yol kəndində anadan olub. 1944-cü ildə Cənnət Hüseynov 19 yaşında müharibəyə çağrılıb. Döyüş yolu Qori şəhərindən başlayıb. O Berlin şəhəri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Bir çox orden və medallarla təltif olunub. Veteran dövlətimizin və şəxsən Ali Baş Komandan İlham Əliyevin veteranlara göstərdiyi qayğıdan geniş danışdı və razılığını bildirdi. Görüşdə Müharibə veteranları Elmar Hüseynov, Eldar Rüstəmov, Şəmsi Hüseynov, Adil Bədirxanov, ailə üzvləri, nəvələri, oğlu Ziya Hüseynov iştirak etdilər.
Fərid Səfərov
Baş redaktor müavini