Şirinova Mələk Məhəmməd qızı 02.11.2967-ci ildə Qubadlı rayon Muradxanlı kəndində anadan olub. 1974-cü ildə Qubadlı rayon Muradxanlı kəndində birinci sinifə gedib. 1984-cü ildə 10-cu sinifi bitirib 1984-cü ildə 1993-cü ilə qədər bağça müəlliməsi işləyib. 1993-cü ilin avqustun 31-də məcburi köçkün həyatı yaşayıb. 1988-ci ildən Sumqayıt şəhər Gecəqondu qəsəbəsində yerləşən Xələc kənd məktəbində sinif müəllimi kimi fəaliyyət göstərir. 2000-ci ildə Sumqayıt şəhər müəllimlər institunu bitirmişdir. 50 illik həyatının 30 ilini çox sevdiyi şagirdlərinə həsr etmişdir. Erməni təcavüzkarlarının Azərbaycana vurduğu zərbə bu insandan da yan keçməmişdir. Onun 4 yaşında olan övladı əlindən alınmışdır. Bütün bu acılara baxmayaraq o dözmüş ayaqda durmuşdur. Vətən acısı, torpaq həsrəti, övlad yanqısı onu əyməyib. Hər zaman öz üzərində çalışıb acısını şagirdləriylə ovudub. Mələk müəllimə ilə söhbətimdən o bildirdi ki “məni yaşadan yalnız o körpə balaların sevinci gülüşüdür.” İnanıram ki gün gələcək torpaqlarımız düşmənlərdən azad olunacaq, şəhidlərimizin qisası alınacaq. Bizlərdə evlərindən, torpaqlarından ayrı düşənlər bax o zaman əsl qələbənin dadını alacağıq. Körpə günahsız balaların, qardaşlarımızın, oğul və qızlarımızın qanı yerdə qalmayacaq.
Valideynlərimizdən Nəzərli Kəmalə deyir ki mən xoşbəxtəm ki Mələk müəllimə mənim ilk müəlliməm olub. İndi də mənim qızım Nəzərli Zəhraya dərs deyir. Ona yazmağı-oxumağı öyrədir. Mələk müəllimənin qızı Gövhər deyir ki, “anam ömrünün çox ilini şagirdllərinə həsr edib. Ən xoşbəxt günləri, anları məktəbdə şagirdləri ilə keçirtdiyi saatlardır. Anam mənim də ilk müəlliməm olub. Bu gün sevindirici haldır ki, o mənimdə övladıma tək muradım olan, göz nurum olan Muradıma dərs deyir. İnşallah Murad kimi igidlərimiz böyüyəcək, Vətənimiz hər zaman var olacaqdır. Mələk müəlliməyə Allahdan sağlam can sağlığı diləyirəm. Hər zaman var olun. Var olun ki, sizi sevən körpə balalar sizin varlığınızla şadlansınlar. Sizin övladlarımıza verdiyiniz sevgi sayəsində onlarda vətənə, elə, obaya qarşı sevgi ilə böyüsünlər.
Lalə Fərhad qızı